“Qarabağlılar xain rejimi devirmək əvəzinə, sorosçular Xankəndidə mitinqə hazırlaşırlar” – Erməni mediasıbackend

"Qarabağlılar xain rejimi devirmək əvəzinə, sorosçular Xankəndidə mitinqə hazırlaşırlar" - Erməni mediası

“Qarabağlılar ayağa qalxıb Qərbdən onlara tətbiq edilən xain rejimi devirmək əvəzinə, sorosçular yenidən Xankəndidəki mərkəzi meydana toplaşırlar”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

“Xankəndi mitinqini yenə də həmin Soros dairələri təşkil edir və təbii ki, orada Paşinyanın fəalı Tiqran Petrosyan təbliğ olunur.

Təbii ki, onlar rus sülhməramlılarının öz öhdəliklərinin öhdəsindən gəlməməsi və Qarabağ xalqının guya Üçtərəfli Sazişin şərtlərinin pozulduğu üçün blokadada qalması barədə hay-küy qaldıracaqlar.

Ancaq heç kim deməyəcək ki, niyə Qarabağ bu gün bu vəziyyətdə qalmasın deyə heç nə edilməyib, niyə alternativ yol çəkilməyib, niyə lazımi ərzaq ehtiyatı yığılmayıb. Laçın dəhlizinin təhlükəsizliyinə heç bir təminat olmadığı halda Laçının təslim olmasına görə heç kim cavabdeh olmayacaq. Halbuki, Laçının təhvil verilməsinə ən əsas Rusiya qarşı çıxırdı”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*