Qaradərili amerikalını öldürməkdə günahlandırılan keçmiş polisin həyat yoldaşı boşanırbackend

Qaradərili amerikalını öldürməkdə günahlandırılan keçmiş polisin həyat yoldaşı boşanır

Qaradərili amerikalı Corc Floydu öldürməkdə günahlandırılan keçmiş polis zabiti Derek Şovenin həyat yoldaşı Kelli Şoven boşanma üçün müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Facebook”da qadının “Sekula Law Offices” hüquq firmasında çalışan vəkili məlumat yayıb.

Vəkil qeyd edib ki, Şovenin həyat yoldaşı baş verən hadisələrlə əlaqədar depresiya keçirir və Floydun ailəsinə başsağlığı verir.

Xəbərdə qadının çətin anlarda ailəsinin və uşaqlarının təhlükəsizliyini təmin etmələrini istəyib.

Daha əvvəl məlum olub ki, Minneapolis şəhərində qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsi səbəbindən iğtişaşlar başlayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*