Qardaş ölkə çətin durumda – Məmurlar həbs olunur, Talibanla gərginlik isə artırbackend

Qardaş ölkə çətin durumda - Məmurlar həbs olunur, Talibanla gərginlik isə artır

Rusiyanın irəli sürdüyü üç ölkənin “üçlü qaz ittifaqı”nın yaradılması ideyasından imtina edən Özbəkistan enerji böhranı ilə üz-üzədir. Hazırda ölkədə qaz və elektrik enerjisi çatışmazlığı yaşanır. Nəticədə Özbəkistan hakimiyyəti elektrik enerjisinin kəsilməsinin qrafiklərini dərc etməyə məcbur olub. Artıq Daşkənd və digər şəhərlərdə ev təsərrüfatlarının istiliklə təminatının səviyyəsi xeyli azalıb.

Elektrik enerjisinin çatışmazlığı Özbəkistanın iqtisadi potensialına ciddi zərbə vurmaq və ölkədəki ictimai-siyasi vəziyyətə təsir etmək riski daşıyır. Məsələn, bir neçə həftə əvvəl Fərqanə rayonunda demək olar ki, kütləvi etirazlar başlayıb. Hakimiyyət etirazlara rəğmən əhalinin ehtiyaclarını qarşılamaq üçün gips zavodunu qazdan ayırmaq qərarına gəlib.

Digər tərəfdən həmin rayonda dəm qazından zəhərlənmə və evdə hazırlanmış bərk yanacaq sobalarından istifadə zamanı yanğın halları kəskin artıb.

Hazırda Özbəkistan Türkmənistandan mavi yanacaq almağa qərar verib. Hökumətə yaxın mənbələrin bildirdiyinə görə, Özbəkistan və Türkmənistan tərəfləri arasında bağlanacaq əlavə müqavilə üç qış ayı üçün qüvvədə olacaq və respublikaya nəzərdə tutulan həcmdən artıq təxminən 1,5 milyard kubmetr qaz verəcək.

İndi Türkmənistan Özbəkistana sutkada təqribən 15 milyon kubmetr qaz verir. Müqavilə imzalandıqdan sonra isə bu rəqəm 20 milyon kubmetrə qədər qalxacaq. Belə olan halda yeni müqavilənin icrası Rusiyaya üz tutmadan qaz defisitini ödəməyə imkan verəcək.

Eyni zamanda, Özbəkistan prezidenti Şavkat Mirziyoyev tabeliyində olan və onun qurduğu hakimiyyət şaquliliyinə qarşı repressiyalar həyata keçirməklə sadə vətəndaşların artan narazılığını yatırmaq üçün sərt metodlara əl atıb. Belə ki, artıq bu və ya digər şəkildə enerji böhranı yarada biləcək məmurlar həbs olunur. Artıq Özbəkistanın bir neçə energetika müəssisəsinin rəhbəri saxlanılıb. “Xududqaz Toshkent” müəssisəsinin (“Xududqaztaminot” Daşkənd regional bölməsi) direktoru Müzəffər Əliyev, Yangiyul regional qaz təchizatı müəssisəsinin rəhbəri Ümid Tuyçiyev, Gülüstan regional idarəsinin elektrik şəbəkəsi müəssisəsinin rəisi Furqat Şodmonkulov və Özbəkistanın keçmiş energetika naziri Əlişir Sultanov həbs edilib.

Baxmayaraq ki, daxili auditoriya, yəni Özbəkistan vətəndaşları dövlət aparatında nümayişkaranə şəkildə repressiyalardan razı qalacaqlar, ancaq bu repressiyalar təkcə qaz və elektrik enerjisi qıtlığını aradan qaldırmağa imkan verməyəcək. Üstəlik, Mirziyoyevin mövqeyi Əfqanıstandan gələn iddialarla çətinləşə bilər – dünyanın bir çox ölkələrində qadağan olunmuş Taliban hərəkatının nümayəndələri artıq Özbəkistanı elektrik enerjisinin kəsilməsində birbaşa ittiham ediblər. Özbəkistanın elektrik şəbəkəsindəki nasazlıqlara görə o, müvəqqəti olaraq Kabil qarşısında müqavilə öhdəliklərini yerinə yetirə bilməyib və Əfqanıstan hakimiyyəti enerji çatışmazlığını kompensasiya etməyə məcbur olub.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*