Qardaş ölkədə “TikTok” BAĞLANIRbackend

Qardaş ölkədə "TikTok" BAĞLANIR

Qırğızıstanın Mədəniyyət, İnformasiya və İdman Nazirliyi “TikTok”a girişi bloklamaq qərarına gəlib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, xidmətin uşaqların psixi inkişafına və sağlamlığına zərərli təsirləri ilə bağlı bir sıra qeyri-hökumət təşkilatları tərəfindən müraciət edilib.

Mədəniyyət Nazirliyinin açıqlamasında deyilir ki, yeniyetmələr “TikTok”da videolara baxdıqdan sonra müəyyən təhlükəli hərəkətləri təkrarlamağa çalışırlar. Bundan əlavə, bu, aludəçiliyə səbəb olmaqla, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir. Bu səbəbdən Mədəniyyət Nazirliyi “TikTok”a girişi bloklamaq qərarına gəlib və Rəqəmsal İnkişaf Nazirliyinə müvafiq sorğu göndərib.

Qeyd edək ki, “TikTok”a giriş Özbəkistanda 2021-ci ilin iyununda bloklanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*