Beyləqanda torpaq üstə mübahisə edən qadın özünə xəsarət yetirib.
KONKRET.az Teleqraf-a istiandən xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.
Kənd sakini Telnarə Həsənova qardaşı arvadı ilə torpaq üstündə mübahisə edib. Mübahisə zamanı əsəbləşən T.Həsənova özünə bıçaqla xəsarət yetirib.
Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, Avqustun 6-sı saat 14:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbilə 1 nəfər (qadın cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“1973-cü il təvəllüdlü şəxsə qarın divarının açıq yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi xidmət göstərildikdən sonra müalicəsini davam etdirməsi üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib”.