Xəbər verdiyimiz kimi, mayın 27-də saat 22 radələrində Zaqatala rayonu,Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədova odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.
KONKRET.az-ın məlumatına görə, N.Əhmədova Yuxarı Tala kənd 2 saylı tam tam orta məktəbin müəllimi olub.
O, qardaşı – 1989-cu il təvəllüdlü Nurlan Əsgərov tərəfindən aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açılaraq qəsdən öldürülüb.
Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.