Qarğaların riyazi və həndəsi “bilik”ləri ORTAYA ÇIXDIbackend

Qarğaların riyazi və həndəsi "bilik"ləri ORTAYA ÇIXDI

Almaniyanın Tübingen Universitetində aparılan araşdırma göstərib ki, qarğalar həndəsi formalardakı qanunauyğunluqları tanıya və hansı formanının “fərqli” olduğunu müəyyən edə bilirlər.

KONKRET.az xəbər verir ki, tədqiqatçılar iki erkək qarğanı kompüter ekranında göstərilən beş oxşar forma arasından fərqli olanı seçməyi öyrədiblər.

Eksperimentdə klassik kvadratlardan tutmuş qeyri-müntəzəm dördbucaqlılara qədər müxtəlif çətinlik səviyyəsində formalardan istifadə olunub.

Qarğalar xüsusilə kvadratlar və düzbucaqlılar kimi simmetrik formalı dördbucaqlılar arasında anomaliyaları daha asanlıqla tapıblar. Fiqurlar simmetrik və nizamlı olduqca, onların düzgün seçim etmə ehtimalı bir o qədər artıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*