Qaribaşvili: “Biz Ermənistan-Azərbaycan münaqişəsində tərəf tuta bilmərik”backend

Qaribaşvili: "Biz Ermənistan-Azərbaycan münaqişəsində tərəf tuta bilmərik"

“Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsində tərəf tuta bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunun panel müzakirəsində deyib.

O, Gürcüstanın hər iki ölkə ilə dostluq əlaqələrinə malik olduğunu, bu səbəbdən 100 faiz neytrallıq nümayiş etdirdiyini vurğulayıb.

“Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri, dostluq əlaqələri var, həmçinin qardaş Ermənistanla dostluq əlaqələrinə malikdir. Gürcüstan qərəzli ola bilməz, biz 100 faiz neytralıq və bu vəziyyətdə heç bir tərəfi tuta bilmərik. Dostum Nikol Paşinyan bu mövqeyi yaxşı bilir. Eyni şeyi dostum İlham Əliyev haqqında da deyə bilərəm”, – Qaribaşvili bildirib.

Baş nazir Gürcüstanın tərəfsizliyinin bütün region üçün vacib olduğunu əlavə edib.

 

  • İlkin
    Noyabr 13, 2023 - 10:40

    Şərəfsiz gədə! Azərbaycan sizə hərtərəfli yardım edəndə, ödənişsiz qaz verəndə belə də olmalı idi. Ona görə də həmişə demişəm ki, Azərbaycanın bu regionda dostu (Türkiyə istisna olmaqla) yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*