“Dünən biz üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu kimi regionda sülhün bərqərar olmasında maraqlıdır”.
KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisi Azərbaycan Dövlət Dram Teatrının tikintisinə başlanılması mərasimində deyib.
İrakli Qaribaşvili Tbilisi İpək Yolu forumunda iştirakına görə Azərbaycanın Baş nazirinə təşəkkür edib.
“Biz bunu həqiqətən yüksək qiymətləndiririk. Dünən birlikdə vacib görüşlərimizi də yüksək qiymətləndiririk. Üçtərəfli görüş və söhbət də baş tutub. Gürcüstan tərəfsiz, neytral, obyektiv vasitəçi və hər iki ölkənin, Ermənistan və Azərbaycanın dostu kimi regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasında maraqlıdır, Gürcüstan və mən hökumət başçısı kimi bu prosesdə iştirak etməyə hazırıq”, – İrakli Qaribaşvili bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az