Qarlı havada neçə nəfər yıxılaraq xəsarət alıb? – YENİLƏNİBbackend

Qarlı havada neçə nəfər yıxılaraq xəsarət alıb? - YENİLƏNİB

Saat 18:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 39 nəfər yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 19-u qadın, 20-si kişidir. Yaralılardan üçünə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

***

15:00

Bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

KONKRET.az xəbər verir ki, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

***

10:49
Bakıda ötən gecədən bu vaxta qədər qarlı hava ilə bağlı 8 nəfər yıxılaraq xəsarət alıb.

Bu barədə KONKRET.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat veriblər.

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*