Qarnik İsaqulyan: “Hansı siyasət həyata keçirilirsə-keçirilsin, nə dəyişəcək? Azərbaycan təcavüzkar ambisiyalarını dayandıracaqmı?”backend

Qarnik İsaqulyan: “Hansı siyasət həyata keçirilirsə-keçirilsin, nə dəyişəcək? Azərbaycan təcavüzkar ambisiyalarını dayandıracaqmı?"

Ermənistan hakimiyyəti ictimaiyyətə Dağlıq Qarabağda baş verən real prosesləri təqdim etmir, əksinə gedən proseslərlə heç bir əlaqəsi olmayan xəbərlər verir. KONKRET.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik Partiyasının rəhbəri Qarnik Isaqulyan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Dağlı Qarabağın və Ermənistanın taleyi üçün məsuliyyət daşıyan bir insan açıq danışmağa başlamalı və bütün mötərizələri açmalı və əslində nə edildiyini göstərməlidir”.

O, “dqr”in Təhlükəsizlik Şurasının keçmiş katibi Vitali Balasanyanın son açıqlamalrına diqqəti çatdırıb.

İsaqulyan vurğulayıb ki, “bu günki vəziyyət getdikcə ümidləri azaldır. Hansı siyasət həyata keçirilirsə-keçirilsin, nə dəyişəcək? Azərbaycan təcavüzkar ambisiyalarını dayandıracaqmı?”

İrəvanda polis məmurunun qətl hadisəsinə münasibət bildirən İsaqulyan qeyd edib ki, Paşinyanın gördüyü işlər yalnız Dağlıq Qarabağı deyil, həm də Ermənistanı məhv edəcək.

Qeyd edək ki, Ermənistanın Dağlıq Qarabağla bağlı mövqeyində heç bir dəyişiklik etməyib və regional, eləcə də beynəlxalq siyasi arenada bu ölkə üçün çətinləşən şərtlər erməni elitasını, eləcə də Dağlıq Qarabağdakı klanı ciddi narahat edir.

F.PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*