Qarpız seçərkən fikir verin: Belə səs çıxırsa…backend

Qarpız seçərkən fikir verin: Belə səs çıxırsa...

Yay aylarının sevimli meyvəsi olan qarpız hər zaman isti havalarda sərinləmək istəyən milyonlarla insanın süfrələrindədir. Bununla belə, ən yaxşı qarpızı seçmək həmişə asan olmur.

KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, qarpız seçərkən bəzi məsləhətləri nəzərə almaq lazımdır.

Adanalı qarpız satıcısı qarpızın necə seçiləcəyini bildirib. O, qarpızların “erkək” və “dişi” olmaqla iki növə bölündüyünü və bu növlər arasındakı fərqləri açıqlayıb.

Erkək qarpız kəsildikdə daha sulu və təravətləndirici olur. Digər tərəfdən, dişi qarpızlar erkək qarpızlardan daha şirin və daha dadlıdır. Bundan əlavə, dişi qarpızın çatlama səsi erkək qarpızdan daha güclü və aydındır.

Rəng tonları da qarpızların cinsini anlamağa kömək edir. Adanalı satıcı dişi qarpızları seçməyi tövsiyə edir. İndi qarpız alarkən bu məsləhətləri nəzərə alaraq həm sulu, həm də dadlı qarpızı ayırd edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*