Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsinizbackend

Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz

Yayın sevilən və təravətləndirici meyvəsi olan qarpız düzgün yuyulmadan istehlak edildikdə ciddi qida zəhərlənməsinə səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, qastroenteroloq Prof. Dr. Vedat Göral xəbərdarlıq edir: qarpızın xarici qabığında daşınma, satış və saxlanma zamanı müxtəlif bakteriyalar toplanır. Əgər meyvə kəsilməzdən əvvəl sabun və isti su ilə yuyulmazsa, bıçaqla birlikdə bu bakteriyalar meyvənin içərisinə keçə bilər.

Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, kəsilmiş qarpız otaq temperaturunda 2 saatdan çox saxlanmamalı, açıq havada isə bu müddət maksimum 1 saat olmalıdır. Əks halda, bakteriyalar sürətlə çoxalaraq sağlamlıq üçün təhlükəli vəziyyət yarada bilər.

Yadda saxlayın:

Qarpızı kəsməzdən əvvəl sabun və isti su ilə yuyun

Kəsildikdən sonra tez istehlak edin

Xüsusilə piknik və açıq hava şəraitində daha diqqətli olun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*