Rusiyada keçirilən “Miss Russia 2023” gözəllik müsabiqəsinin qalibi 22 yaşlı Marqarita Qolubeva olub.
KONKRET.az xəbər verir ki, o, Gözəllik Tacı və bir milyon rublla mükafatlandırılıb.
Marqarita Rusiyanı “Miss World” və “Miss Universe” müsabiqələrində təmsil etmək şərəfinə layiq görülüb.
Qeyd edək ki, “Vitse-miss” titullarını Tolyattidən Yelizaveta Dudina və Yakutiyadan Lyubov Xokholova alıblar.
Rəsmiyyə Şərifova,
KONKRET.az