Dekabrın 24-də ABŞ prezidenti Bayden keçəl qartalı ölkənin milli rəmzi kimi tanıyan qanunu imzalayıb.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Konqres bu qanun layihəsini yekdilliklə qəbul edib. Keçəl qartal ABŞ-nin rəsmi sənədlərində 1782-ci ildən sonra istifadə olunur. Mənbə bildirir ki, həmin il ABŞ Konqresi keçəl qartalı milli simvol elan etsə də, o, Birləşmiş Ştatların milli rəmzi kimi rəsmən tanınmayıb.
Vəli Həsənoğlu,
KONKRET.az