Rusiyalı qatillər Ukraynaya qarşı müharibədən sonra evlərinə qayıdırlar: qurbanlar şokdadırlar.
KONKRET.az xəbər verir ki, bu iddia ilə Ukrayna mediası xəbərlər paylaşır. Həmin məlumatlarda bildirilir ki, Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəyə başlayandan həbsxanalardan xeyli residivistlər, qatı cınayətkarlar və silsilə qətllər törədənlər azadlığa buraxılıb və döyüşlərə göndərilib.
“Qanlı döyüşlərdən canını götürüb qaçan qatı cinayətkarlar müxtəlif yollarla Rusiyaya qayıtmağı bacarıb. İndi belələri şəhər küçələrində sərbəst gəzir, öldürdükləri şəxslərin yaxınları və qohumlarının təşviş keçirməsinə baxmayaraq, hələ də azadlıqda rahat nəfəs alırlar. “Bax budur, müharibənin ədalətsiz tərəflərindən biri”, – deyə yazılarda vurğulanır.
Natiq Səlim,
KONKRET.az