Qaxda bədbəxt hadisə baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qıpcax kənd ərazisində olub.
Belə ki, kənd sakini Bayramov Adil İsax oğlu sahədə iş görən zaman idarə etdiyi traktorla birlikdə gölə düşüb.
Kəndlinin meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.