Qayınanasının pulunu oğurlayıb sünnət toyuna getdibackend

Qayınanasının pulunu oğurlayıb sünnət toyuna getdi

Füzulinin Böyük Bəhmənli kəndində yaşayan 1990-cı il təvəllüdlü Bəhram Sevdimov qayınanasının çantasından 1560 manat pul oğurlayıb.

KONKRET.az-ın məlumatına görə, cinayət işinə Füzuli Rayon Məhkəməsində baxılıb.

36 yaşlı təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, o, dayısı nəvəsinin sünnət toyunda iştirak etmək üçün Gəncəyə getmək istəyib, lakin nə yol pulu, nə də nəmər yazdırmağa imkanı olub. Bu səbəbdən qayınanasının çantasından pul oğurlamaq məcburiyyətində qalıb.

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Sevda Məmmədova (ad-soyadlar şərtidir) kürəkənini bağışladığını, ona dəymiş zərərin ödənildiyini bildirib.

Məhkəmə Bəhram Sevdimovun azadlığını 1 il müddətinə məhdudlaşdırıb.

Ağagül MÜRSƏLOV
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*