Qaz limiti ilə bağlı rəsmi AÇIQLAMAbackend

Qaz limiti ilə bağlı rəsmi AÇIQLAMA

Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.

KONKRET.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev havaların kəskin soyuması ilə əlaqədar sosial şəbəkələrdəki canlı yayımı zamanı bildirib.

“Bu məsələ gündəmdə deyil və ona baxılmayıb”, – Ruslan Əliyev vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Qeyd edək ki, ötən il SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 47,1%-i (1 199 375 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib. Hesabat dövründə abonentlərin 39,3%-i (998 946 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb. Ötən il 346 557 abonent (ümumi abonentlərin 13,6 %-i) 25 qəpiklik tarifdən istifadə edib.APA

  • Seyfəddin
    Yanvar 25, 2024 - 16:51

    Qaz limiti tarif Şurasına lazım deyil qiyməti qaldırıb milləti dondurmağ

  • Natəvan
    Yanvar 26, 2024 - 11:13

    Kul sizin başınıza ki, millət canını soyuqladir nə var ki limiti keçməyecek. Axmaglar!!! Xalqın yaşayışı yaşayış deyile sizin kimi “dövlət məmurlarının” nə vecinə oturibsuz xarabanizda müftə yerdən gəlir hamısı. Allah hamınızın bəlasını versin verəcək de. Sizin kimi müftə yeyənlərin “oglanciqlari” əsgər getmir bilir ki meyidi gələcək xarabasina. O limiti keçməsin deyə evində soyuqdan donan kasıbın balası gedib wehid olur. Vicdansizlar zalimler. Allah hamınızın bəlasını versin. Amin !!!!!

  • Rəşad
    Yanvar 26, 2024 - 13:20

    Statistikaya baxmaq lazım deyil. Çünki çox adam limiti keçməmək üçün ya qazı az işlədib sağlamlığından olur , ya da ki meşədəki ağacları qırıb yandırmaqla qazdan istifadəni azaldır. Heç kim millətin dərdini anlamaq istəmir ancaq öz ciblərini doldurmaq həvəsindədirlər.

  • Bəxtiyar
    Yanvar 26, 2024 - 21:14

    Qazı Azərbaycan verir başqa dövlətlərə, amma bizi otuzdurublar limitə, sizi Allaha tapşırıram.

  • Rovshan
    Yanvar 27, 2024 - 06:41

    Millətin qazını millətinə pulla satırlar,bu da azmış kimi limit qoyub millətin cibində olanı da alırlar . Vallah da billah da bizə düşmən lazım deyil ,içimizdəkilər bizə yetərincə düşmənlik edir

  • Şəlalə
    Yanvar 27, 2024 - 09:07

    Limiti kecmeyenlər sayfadan kenar istifade edenlerdir yəqin.Nə tez limiti kecmeyenlərin siyahısı var əlinizdə ,limiti keçib soyuqdan donlanlarin siyahısı yoxdu .

  • !!!!
    Yanvar 27, 2024 - 10:16

    Öz millətinə limit qoyan dövlət!! 2korpenen qazı az az işlət ki limiti keçirik 1aya! Düşmən lazım deyil bizik ölkəyə, içimiz düşmənlə doludu. Böyüdürəm 2oglan gəlib apararsiz muharibeye

  • Surt
    Yanvar 27, 2024 - 10:39

    Allah belanızı verecek inşallah

  • Samir
    Yanvar 27, 2024 - 11:45

    Dünyada hələ belə həyasızlıq olmayıb ki nəyisə çox alan adama daha çox aldıqca daha baha qiymət tətbiq edilsin. Başqa sözlə desək qazın da benzin kimi standart qiyməti olmalıdı. Sizə nə dəxli var ki kim nə qədər və necə istifadə edir. Bu dünyadan insalıq üçün ən böyük haqsızlıqdır. Bicbalalar ancaq belə mundar qərarlar üçün dünya səviyyəsində axtarışdadır ki görək daha nəyi xalqa zəzəli olan variantda edə bilərik. Bura Azərbaycandır. Və belə ağlasığmaz sərsaq qaydalar, qanunlar, tariflər biz boynumuzu bükdükcə artacaq. Kasıb təbəqənin zəhməti və alın təri ilə çalışmasına görə ayaqda duran erkək dana buxağlı məmurlar utanın. Allah sizi bu günkü ən kasıb təbəqəmizin halına salsın. Əlimizdən gələni etməyi Allah bizlərə nəsib etsin. Bu cür qəhrəman oğullar böyüdən analar, atalar yəqin ki bir gün birləşib bir yumruq olacaq və sizə layiq olduğunuz yerdə dəyər, qiymət verləcəklər.

  • Rəsul
    May 23, 2024 - 10:23

    Limiti keçməyənlər bina evlərində yaşayanlardı
    Həyət evində yaşayanların 99.99 faizi limiti keçir. 1% istiliyi qaz olmayan ərazilərdi . Yəni elektriklə ev qızdıranlar. Elektriklə ev qızdırmaq dahada bahalıya başa gəlir.
    Bizdə qaz təbii ehtiyatımızdı, bunu biz xaricdən almırıq Avropa kimi. Üstəlik minimum əmək haqqımız 345 manat yıni çox aşağıdır. Bunlar nəyə əsasən limit qoyur. Həmdə belə aqz. Heç olmasa 2200 idi əvvəl. Haqsızlıq ((

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*