Qaz sayğaclarında yenilənmə nə vaxt olacaq?backend

Qaz sayğaclarında yenilənmə nə vaxt olacaq?

Smart kart tipli sayğaclar yanvarın 1-nə keçən gecə, saat 00:00-dan etibarənyenilənməni avtomatik olaraq həyata keçib.

KONKRET.az xəbər verir ki, dekabrın 31-i 00:00-dan sonra ödəniş olunarsa, 12 qəpikdən (1200-lük limitə əsasən) hesablanır.

Mexaniki sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi isə 5-6 yanvara qədər çəkə bilər. Çünki abonentlər bəzən evdə olmur, bayram günlərində qonaq gedir. Lakin burada abonentlərin heç biri, hətta 5-6 gün sonra mexaniki sayğacların limitlərinin yenilənməsi prosesi həyata keçirilsə belə, heç bir narahatçılığa əsas yoxdur.

Hər bir abonentin 365 günü qorunur. Əgər bu il mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-nə təsadüf edirsə, növbəti ilin yanvarın beşinə qədər həmin tarif və limitdən mavi yanacaq istifadə edə biləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*