Qazaxda traktor aşdı, 17 yaşlı sürücü öldübackend

Qazaxda traktor aşdı, 17 yaşlı sürücü öldü

Qazaxda yol-nəqliyyat hadisəsi olub, ölən var.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan T-92 model traktor idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sükan arxasında olan 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*