Qazaxın 7 kəndi və Kərki ilə bağlı AÇIQLAMA – Sülh müqaviləsinə az qaldıbackend

Qazaxın 7 kəndi və Kərki ilə bağlı AÇIQLAMA – Sülh müqaviləsinə az qaldı

“Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanata imza atması sülh müqaviləsini tezləşdirə bilər”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq daha sonra vurğulayıb ki, Qranadada Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tutmasa da, Brüssel formatında görüş nəzərdə tutulub:

“Bu görüş Azərbaycanın prinsipial mövqeyini əks etdirir. Çünki bizim üçün prosesi pozan qüvvələrin iştirakı məqbul deyil. Digər tərəfdən, əgər Fransa ermənipərəst mövqeyini ortaya qoyursa, biz də  Türkiyənin iştirakını istəyirik.

Digər tərəfdən Şarl Mişelin moderatorluğu ilə çox mühüm bir yol qət olunub. Bu yolun məntiqi nəticəsini görmək istəyirik. Bizim üçün sülh müqaviləsinin imzalanması vacibdir. İndi ən çox müzakirə olunan mövzulardan biri anklavların qaytarılmasıdır.

Çünki müvafiq olaraq 86,6 və 29,8 min kv.km-lik ərazilərə həm də anklavlar daxildir. Bu, Ermənistanın media seqmentində çox geniş müzakirə olunur. Burada iki ssenari mövcuddur. Anklavlar nəzarət etdiyi ölkələrdə qalır və ya dəyişdirilir. Lakin bir məqamı qeyd etmək istəyirəm ki, Naxçıvanın Kərki və Qazaxın 7 kəndi çox mühüm strateji bölgələri əhatə edir.

Həmin kəndlər Ermənistan-İran və Ermənistan-Gürcüstan magistral xətlərinin üzərində yerləşir. Digər tərəfdən, həm də kommunikasiya xətlərinə nəzarət imkanını formalaşdıır.

Bu baxımdan Azərbaycan da gələcək nəsillərə hansısa problemləri saxlamamaq üçün anklavlar mövzusunu dərindən araşdırmalıdır və bizim üçün ən uyğun olan variant seçilməlidir. Çünki bu da sülh razılaşmasının və sərhədlərin delimitasiyasının tərkib hissəsidir. Azərbaycan həm də inzibati sərhədlər çərçivəsində sərhədlərin delimitasiyasının tərəfdarıdır. Bizim üçün önəmli məsələ strateji üstünlüklərə yiyələnməkdir. Burada da sülh müqaviləsi bütün problemləri aradan qaldıra bilər.

Düşünürəm ki, oktyabrda görüş baş tutacaqsa, bu, sülh müqaviləsinin imzalanması istiqamətində mühüm bir irəlləyişi əhatə edəcəkdir. Zatən bu gün Qarabağ mövzusu gündəlikdən çıxıb. Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi də  müzakirə mövzusu deyil”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*