Qazaxıstan Azərbaycan boru kəməri ilə neft ixracını artırıbbackend

Qazaxıstan Azərbaycan boru kəməri ilə neft ixracını artırıb

Qazaxıstan 2023-cü ilin yanvar-noyabr aylarında Aktau limanından Bakı-Tbilisi-Ceyhan (BTC) istiqamətində neft ixracını 6 dəfə artıraraq 1,238 milyon tona çatdırıb.

KONKRET.az xəbər verir ki, Xəzərin Aktau limanından Rusiyanın Mahaçqalasına neft nəqli illik müqayisədə 1% artaraq 1,824 milyon tona çatıb. Bu ilin 11 ayı ərzində Aktaudan neft ixracının ümumi həcmi 50% artaraq 3,062 milyon tona çatıb.

Qazaxıstan Tengiz yatağından BTC neft kəməri istiqamətində ildə 1,5 milyon ton neft nəql etməyi planlaşdırır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*