Qazaxıstan BRİKS-lə bağlı qərarını verdibackend

Qazaxıstan BRİKS-lə bağlı qərarını verdi

“Qazaxıstan yaxın gələcəkdə BRİKS-ə üzv olmaq üçün müraciət etməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali deyib.

Hökumət rəsmisi bildirib ki, ölkəsinin hazırda belə bir fikri yoxdur.

Onun sözlərinə görə, bu, üzvlük məsələsinə baxılması prosesinin çoxmərhələli olması və assosiasiyanın inkişaf perspektivləri ilə bağlıdır.

Bildirilir ki, BMT Qazaxıstan üçün diplomatik prioritetdir. Onun sözlərinə görə, Tokayev dəfələrlə BMT-nin universal və mübahisəsiz təşkilat kimi lehinə çıxış edib.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*