Qazaxıstan müdafiə nazirinin müavini vəfat etdibackend

Qazaxıstan müdafiə nazirinin müavini vəfat etdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstan müdafiə nazirinin müavini Bakıt Kurmanbayev vəfat edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, məlumat Qazaxıstan Müdafiə Nazirliyində təsdiqlənib.

Ölümün səbəbi göstərilmir. Nazirlik daha sonra ətraflı məlumat verəcəyinə söz verib.

Bakıt Kurmanbayev 2019-cu ilin aprelində müdafiə nazirinin müavini təyin edilib. Ondan əvvəl Təhlükəsizlik Şurasının hərbi təhlükəsizlik və müdafiə şöbəsinə rəhbərlik edib.

Bakıt Kurmanbayev 21 sentyabr 1970-ci ildə Ust-Kamenoqorskda anadan olub.

Ailəlidir, iki övladı var.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*