Qazaxıstan prezidenti jurnalistlərə səsləndi: “Rusiyalı həmkarlarınızı kopya etməyin”backend

Qazaxıstan prezidenti jurnalistlərə səsləndi: “Rusiyalı həmkarlarınızı kopya etməyin”

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Televiziya və radio yayımları ictimai rəyin mərkəzinə çevrilməli və rusiyalı həmkarlarını kopya etməməlidir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu sözləri “Ana dili” qəzetinə verdiyi müsahibəsində deyib.

Material iyunun 25-də yayımlanıb. Qazax dilinin statusu və inkişafı ilə bağlı suala cavab verən prezident qeyd edib ki, televiziya və radio verilişlərinin məzmununun yaxşılaşdırılması üçün işlər görülür.

“Artıq ucuz əyləncəli şoular yox, varlığımızın kök mənbələrinə müraciət edən milli ideyaya xidmət edən proqramlar olmalıdır. Orta Asiya qonşularımızın təcrübəsi, mənə göründüyü kimi, bizim üçün faydalı ola bilər. Kino qazax dilinin populyarlaşmasında mühüm rol oynayır. Həm tarixi, həm də müasir məsələlər üçün keyfiyyətli məhsullara ehtiyacımız var. Qırğızıstan kinematoqrafçıları cəmi 1,5 milyon dollar büdcəsi olan maraqlı, məlumatlandırıcı “Kurmanjan Datka” filmi çəkməyə müvəffəq oldular. Rejissorlarımız daha çox büdcə tələb edirlər, lakin filmlərin keyfiyyəti həmişə yüksək deyil. Təəssüf ki, indi kino ictimaiyyəti məhsuldar yaradıcılığa mane olan daxili çəkişməyə başladı” deyib.

Tokayev, həmçinin bloger sənayesinin vacibliyini qeyd edib.

“Şadam ki, siyasi bloger sferası qazax dilinə doğru irəliləyir. Düşüncəsiz millətçilik və radikalizm mövqeyinə qapılmamalıyıq”.

                            

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*