Qazaxıstanın 20 regionundan səkkizində əhali qocalır – 50 və daha yuxarı yaşda olanların sayı 14 yaşdan aşağı olanlardan daha çoxdur.
KONKRET.az xəbər verir ki, analitiklər hər bir region üzrə Billeter indeksini – reproduktiv yaşda olan hər 100 nəfərə 50 yaşdan yuxarı uşaqların və əhalinin xüsusi çəkisinin nisbətini hesablayıblar.
Qərb, Şimali və Şərqi Qazaxıstan, Kostanay, Akmola, Pavlodar, Abay və Qaraqanda vilayətlərində bu göstərici mənfi olub. Ən aşağı indeks dəyərləri Şimali Qazaxıstan (-32,9), Şərqi Qazaxıstan (-29,5) və Kostanay (-24,8) vilayətlərində qeydə alınıb.
Ən yüksək indeks dəyərləri Mangistau (42,2), Türküstan (41,5) bölgələrində və Çimkənddə (38,7) qeydə alınıb. Analitiklər onu da qeyd ediblər ki, son bir ildə Billeter indeksi bütün regionlarda azalıb.
Natiq Səlim,
KONKRET.az