Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan səkkizi süni tənəffüs aparatına qoşuldubackend

Qazaxıstan Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan səkkizi süni tənəffüs aparatına qoşuldu

Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub.

KONKRET.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bu gün səhər saatlarına olan məlumata görə, xəsarət alanlardan 11-i reanimasiya, 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti son dərəcə ağır, 11-nin vəziyyəti ağır, 14-nün vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxşdir”, – məlumatda qeyd olunub.

Səhiyyə Nazirliyindən bildirilib ki, 11 yaralıdan 8-i süni tənəffüs aparatına qoşulub.

Məlumatda xatırladılır ki, ümumilikdə təyyarə qəzasında xəsarət alan 27 nəfər vilayət xəstəxanasına, daha 2 nəfər isə uşaq vilayət xəstəxanasına yerləşdirilib.

Daxil olarkən bütün xəsarət alanlar lazımi müayinələrdən keçib, vəziyyətləri stabilləşdikdən sonra profillər üzrə yerləşdiriliblər. Xəstələr müxtəlif travmalar, əsasən çoxsaylı xəsarətlərlə – qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı travması, travmatik şokla daxil olublar.

“Xəsarət alanlara tam həcmdə tibbi yardım göstərilir. Həkimlər ağır xəstələrin vəziyyətinin stabilləşməsi üçün bütün mümkün tədbirləri görür, xəstəxana dərman və avadanlıqlarla kifayət qədər təmin olunub”, – Səhiyyə Nazirliyindən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*