Qazaxıstan Talibanı terror təşkilatı kimi tanımırbackend

Qazaxıstan Talibanı terror təşkilatı kimi tanımır

“Qazaxıstan hakimiyyəti Taliban hərəkatını respublikada qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib”.

KONKRET.az “Kazinform” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

O, qeyd edib ki, Qazaxıstan ölkədə qadağan olunmuş terror təşkilatlarının milli siyahısını yeniləmək üçün mütəmadi olaraq audit aparır:“Bu prosesin bir hissəsi olaraq BMT praktikasına uyğun Talibanın ondan xaric edilməsi barədə qərar qəbul edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Taliban hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*