Qazaxıstan hakimiyyəti ölkəyə avtomobil yolu ilə toyuq yumurtasının idxalına qadağa qoyub.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, müvafiq əmri respublikanın Kənd Təsərrüfatı Nazirliyi hazırlayıb.
Qadağanın 2024-cü il mayın 1-dən altı ay müddətinə tətbiq edilməsi təklif edilib.
Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir ki, 2024-cü il yanvarın 1-nə olan statistikaya görə, respublikada 56,5 milyon baş quş var.
Milli Statistika Bürosunun ilkin rəqəmlərinə əsasən 2023-cü ildə ixrac 175,9 milyon ədəd, idxal isə 286,9 milyon ədəd təşkil edib. Beləliklə, istehsal hesabına daxili bazarın təminatı 98 faiz təşkil edir.
Natiq Səlim,
KONKRET.az