Ukrayna tərəfinin təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Vladimir Zelenski arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, söhbət zamanı Zelenski Qazaxıstan ictimai təşkilatlarının xətti ilə Ukraynaya humanitar yardım göstərildiyinə görə Tokayevə minnətdarlığını bildirib. O, həmçinin Davosda “sülh formulu” üzrə 80-dən çox dövlətin nümayəndələrinin son görüşünün yekunları və İsveçrədə növbəti qlobal sammitə hazırlıq barədə ətraflı məlumat verib.
Qazaxıstan və Ukrayna liderləri ikitərəfli humanitar və ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər.