Qazaxıstanda daha 5 nəfər koronavirusdan öldübackend

Qazaxıstanda daha 5 nəfər koronavirusdan öldü

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

İyunun 29-u gecə saat 22: 40-a olan məlumata görə, Qazaxıstanda koronavirus infeksiyası nəticəsində 5 yeni ölüm qeydə alınıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Şimkent şəhərində 1969-cu il təvəllüdlü kişi, 1949-cu il təvəllüdlü qadın, Qərbi-Qazaxıstan vilayətində 1938-ci il təvəllüdlü  qadın, 1981 və 1963-cü il təvəllüdlü iki kişi vəfat edib.

Ölümlərin Öyrənilməsi Komissiyası bu halların koronavirus infeksiyası nəticəsində baş verdiyini təsdiqləyib.

Bu anadək Qazaxıstanda cəmi 188 ölüm hadisəsi müəyyən edilib.

                             

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*