Qazaxıstanda koronavirusdan ölənlərin sayı 178-ə çatdıbackend

Qazaxıstanda koronavirusdan ölənlərin sayı 178-ə çatdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda dünən daha 5 nəfər koronavirus infeksiyası nəticəsində ölüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Əməliyyat Qərargahı yayıb.

Atırau vilayətində 1943 və 1960-cı il təvəllüdlü qadınlar və 1939-cu il təvəllüdlü kişi, Türküstan vilayətində 1949-cu il təvəllüdlü kişi, Şərqi Qazaxıstan vilayətində 1963-cü il təvəllüdlü kişi dünyasını dəyişib.

Ölümlərin Öyrənilməsi Komissiyası bu halların koronavirus infeksiyası nəticəsində baş verdiyini təsdiqləyib.

Ümumilikdə, hazırda Qazaxıstanda koronavirusdan 178 ölüm hadisəsi qeydə alınıb.

                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*