Qazaxıstanda korrupsionerlərin reyestri yaradılacaqbackend

Qazaxıstanda korrupsionerlərin reyestri yaradılacaq

“Reyestrin tətbiqi məsələsi digər dövlət qurumları ilə birlikdə hərtərəfli işlənib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Korrupsiyaya Qarşı Mübarizə Agentliyi sədrinin birinci müavini Ulan Sarkulov bildirib.

“Bu məsələnin mahiyyəti ondan ibarətdir ki, korrupsionerlər vətəndaşların qarşısında utansın. Hər bir məmur bu siyahıda yer almaqdan çəkinəcək”.

Onun sözlərinə görə, reyestrdə yalnız düzəlişlər qüvvəyə mindikdən sonra korrupsiyaya görə məhkum olunanların məlumatları daxil ediləcək. Bu, cəza çəkən və ya hazırda cəza çəkənlərə təsir etməyəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*