Qazaxıstanda mayın 25-dən etibarən bütün hava limanları yenidən işə başlayacaqbackend

Qazaxıstanda mayın 25-dən etibarən bütün hava limanları yenidən işə başlayacaq

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Mayın 25-dən Qazaxıstanda daxili hava nəqliyyatı bərpa ediləcək.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, beləliklə, mayın 25-dən etibarən bütün hava limanları fəaliyyətə başlayacaq.

Aviaşirkətlər sanitar və karantin tədbirlərinə əməl edərkən uçuşların sayını müstəqil müəyyən etmək hüququna sahib olacaqlar.

Uçuşlar artan sanitar təhlükəsizlik tədbirləri şəraitində həyata keçiriləcək: fərdi qoruyucu vasitələrdən, termometrdən istifadə ediləcək,  təyyarəyə minmədən əvvəl sosial məsafə qorunacaq, hava limanlarında və təyyarələrdə geniş dezinfeksiya işləri aparılacaq.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*