Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini rüşvət ittihamı ilə tutuldubackend

Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini rüşvət ittihamı ilə tutuldu

Qazaxıstanda Milli Qvardiyanın baş komandan müavini, general-mayor Konstantin Voronkin rüşvət almaqda təqsirləndirilir.

KONKRET.az-ın “zakon.kz”ya istinadən xəbərinə görə, ölkənin Daxili İşlər Nazirliyi bu barədə məlumatı təsdiqləyib.

Qurumdan bildirilib ki, törətdiyi ehtimal olunan cinayət hadisəsi 2023-cü ildə baş verib.

Nazirlik, həmçinin K. Voronkinin saxlanıldığını və faktın ölkənin hüquq-mühafizə orqanlarının birgə istintaq qrupu tərəfindən araşdırıldığını açıqlayıb.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*