Qazaxıstanda oktyabrın 1-dən qatarlarda gediş haqqı 20% artacaq.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Nəqliyyat Nazirliyi qiymətlərin dəyişməsini digər məsələlərlə yanaşı, nəqliyyat parkının yenilənməsinin zəruriliyi ilə izah edib.
“Ölkədə 140 sərnişin marşrutu var, tarif artımı onların 62-nə təsir edəcək.
Onu da nəzərə almaq lazımdır ki, son 10 ildə sosial əhəmiyyətli marşrutlar üzrə sərnişindaşıma qiymətlərində (inflyasiya səviyyəsinə indeksasiya istisna olmaqla) qiymət artımı baş verməyib”.
İdarədən qeyd olunub ki, minik avtomobillərinin parkı 2667 ədəd olmaqla, onların köhnəlməsi 44% təşkil edib.
İldırım Musayev,
KONKRET.az