Qazaxıstanda son bir gündə 7 nəfər koronavirusdan öldübackend

Qazaxıstanda son bir gündə 7 nəfər koronavirusdan öldü

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda koronavirusdan daha 7 nəfər ölüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə respublikanın əməliyyat qərargahından bildirilib.

Belə ki, Nur-Sultan şəhərində 1967, 1956, 1962 və 1975-ci il təvəllüdlü kişilər, 1967 və 1951-ci il təvəllüdlü qadınlar, Kustanay vilayətində 1949-cu il təvəllüdlü bir kişi vəfat edib.

Ölümlərin Öyrənilməsi Komissiyası bu halların koronavirus infeksiyası nəticəsində baş verdiyini təsdiqləyib.

Ümumilikdə Qazaxıstanda koronavirus infeksiyasından 127 ölüm hadisəsi qeydə alınıb.

                            

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*