Qazaxıstanda son gündə 465 nəfərdə koronavirus tapıldı – 11 nəfər öldübackend

Qazaxıstanda son gündə 465 nəfərdə koronavirus tapıldı – 11 nəfər öldü

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Son bir gün ərzində Qazaxıstanda koronavirus infeksiyası olan 465 xəstə aşkar edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə məlumatı  Əməliyyat Qərargahı yayıb.

Gündəlik artım 2.4% olub.

Ölkədə cəmi 19750 hadisə aşkar edilib.

Qazaxıstanda son bir gündə koronavirusla əlaqəli 11 ölümcül hadisə qeydə alınıb. İyunun 25-də axşam saatlarında 4 nəfər həyatını itirib.

Akmola vilayətində 1971-ci il təvəllüdlü kişi, Almatıda 1958, 1977-ci il təvəllüdlü iki qadın və 1979-cu il təvəllüdlü bir kişi ölüb.

İyunun 26-da səhər saatlarında Nur Sultanda koronavirusa yoluxan 7 xəstə vəfat edib.

Bunlar 1961, 1941, 1959, 1946 və 1951-ci il təvəllüdlü kişilər, 1971 və 1958-ci il təvəllüdlü qadınlardır.

Ölümlərin Öyrənilməsi Komissiyası bu halların koronavirusdan baş verdiyini təsdiqləyib.

Qazaxıstanda cəmi 147 nəfər koronavirusdan ölüb.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*