Qazaxıstanın xarici işlər naziri Murat Nurtleunun saxlanılması ilə bağlı yayılan məlumat həqiqətəuyğun deyil.
KONKRET.az bildirir ki, bu barədə “KazTAG” agentliyi məlumatlı mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, Milli Təhlükəsizlik Komitəsi (MTK) tərəfindən guya Nurtleu ilə yanaşı iş adamı Hacı Hacıyev və bir sıra digər şəxslərin saxlanılması barədə yayılan xəbərlər də doğru deyil. “KazTAG” məsələ ilə bağlı KNB-nin mətbuat xidmətinə rəsmi sorğu göndərdiyini açıqlayıb.
Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva da yayılan iddiaları yalanlayıb:
“Bəzi rəsmi KİV-lər və anonim “Telegram” kanalları dövlət qulluqçularının saxlanılması ilə bağlı təsdiqlənməmiş məlumat yayırlar. Həmkarları peşəkar media prinsiplərinə riayət etməyə çağırıram və xatırladıram ki, yalan məlumatların yayılması inzibati və cinayət məsuliyyəti yaradır”.
Qeyd edək ki, bundan əvvəl Orda.kz portalı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla Murat Nurtleu, iş adamı Hacı Hacıyev və MTK-nin yüksək vəzifəli əməkdaşlarının saxlanıldığı barədə xəbər yaymışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az