Qazaxıstanın şərqində yerli vaxtla baş verən zəlzələ sakinlər arasında narahatlıq yaradıb.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi rəsmi məlumat yayıb.
Yeraltı təkanlar Taldıkorqan şəhərindən cəmi 20 kilometr aralıda qeydə alınıb. Sakin sayı təxminən 145 min nəfər olan şəhər üçün bu zəlzələ ciddi diqqət doğurub.
Zəlzələnin maqnitudası 4,6 bal, ocağı isə 20 kilometr dərinlikdə olub.
Hazırkı məlumata görə, hər hansı dağıntı və ya insan tələfatı baş verməyib.
Qazaxıstanın müvafiq orqanları ərazidə vəziyyəti izləyir və ehtiyat tədbirlərini gücləndiriblər.