“Qazaxıstandakı hadisələr ABŞ-la danışıqlarda Rusiyanın mövqeyini zəiflətmək üçün törədilib” – ŞOK DETALLARbackend

"Qazaxıstandakı hadisələr ABŞ-la danışıqlarda Rusiyanın mövqeyini zəiflətmək üçün törədilib" - ŞOK DETALLAR

“İstənilən adekvat ekspert başa düşür ki, Qazaxıstanın məhv edilməsində ümumi məqsəd Rusiyanın ABŞ-la danışıqlarda mövqeyini əhəmiyyətli dərəcədə zəiflətmək idi”.

KONKRET.az xəbər verir ki, xarici mediada dərc edilən araşdırma məqalədə Qazaxıstanda baş verən hadisələrlə bağlı fikirlər əksini tapıb. Artıq müəyyən qüvvələrin getdikcə daha çox rezonans doğuran təxribatlar və beynəlxalq vəziyyəti ciddi şəkildə gərginləşdirən, sabitliyinə xələl gətirən hadisələr təşkil etməsi xoşagəlməz ənənəyə çevrilir. Necə deyərlər, bir hadisə qəzadır, ikincisi isə artıq trenddir.

2020-ci ilin yanvar ayının əvvəlində Amerika kəşfiyyat xidmətinin Bağdadda İranın ən nüfuzlu generallarından və siyasətçilərindən biri, İslam İnqilabı Keşikçiləri Qvardiyasının tərkibində “Qüds” xüsusi bölməsinin komandiri Qasım Süleymaniyə qarşı sui-qəsd cəhdi ilə bağlı dünyada xəbər yayıldı. Yenicə qədəm qoyan 2022-ci ilin ilk günləri isə Qazaxıstanda dövlət çevrilişinə cəhdlə yadda qaldı. Bu hadisələrdə məqsəd təkcə hakimiyyəti dəyişmək deyildi. Həm də mütəlif klanlar ölkənin cənubunu öz təsir dairələrinə salmaq üçün, radikal qrupları proseslərə cəlb etdilər. Radikal İslamçı qruplar aysberqin görünən tərəfi kimi xidmət göstərirdilər. Lakin suyun altında “dərin dövlət”in nəzarətində olan qüvvələr  Yaxın və Orta Şərqi yenidən formalaşdırmaq, hətta “Böyük və ya Yeni Yaxın Şərq” qurmaq layihəsini həyata keçirməyə çalışırdılar.

KTMT sülhməramlı qüvvələrinin vaxtında və effektiv müdaxiləsi vəziyyəti xilas etdi. Konstitusiya quruluşu və qanun bərpa olundu. Bir sıra mənbələr Qazaxıstanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarına nəinki satqınların, hətta prezident Kasım-Jomart Tokayev tərəfindən istefaya göndərilən keçmiş hökumət üzvlərinin də cəlb edildiyini bildirirlər. Məhz bu qüvvələr sayəsində ölkədə qazın qiymətinin iki dəfə bahalaşmasına nail olunduğu və təxribata zəmin hazırlanması istisna edilmir.

Əgər Qazaxıstanda baş verən hadisələrlə postsovet məkanının digər respublikalarındakı sosial vəziyyət arasında paralellər aparsaq, ilk növbədə daxili və xarici qüvvələrin potensial əlaqələrinin müəyyənləşdirilməsinə diqqət yetirməliyik.

Artıq KTMT qoşunlarının Qazaxıstana yeridilməsindən bir neçə gün keçməsinə rəğmən ÇXR lideri Si Cinpin Qazaxıstandakı səfiri vasitəsilə prezident Tokayevə şifahi mesaj çatdırıb. Çin Prezidenti Si Cinpin vurğulayıb ki, Qazaxıstanın sabitliyinə xələl gətirilməsinin, eləcə də Çin-Qazaxıstan dostluğunun pozulmasının qəti əleyhinədir. Sürətli sabitləşməyə əminliyini ifadə edən Çin lideri deyib: “Hər hansı risk və çağırışlara baxmayaraq, Çin Qazaxıstanın dostu və etibarlı tərəfdaşı olaraq qalacaq və rəsmi Pekin həmişə Qazax xalqının yanında olacaq”. Və bu məqamda hadisələrin təşkilatçıları tərəfindən, Qərbdən və radikal dini qruplardan Çin liderinin prinsipial mövqeyindən narazılığı aydın görmək mümkündür.

Eyni zamanda yanvarın 10-da Si Cinpin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla şəxsən danışıb. Pekinin Minskə xüsusi diqqət yetirməsi onu göstərir ki, Qərbin sərt tənqidinə məruz qalan postsovet məkanına inteqrasiya Çin paytaxtında anlayış və dəstəklə qarşılanır.

KTMT liderlərinin görüşündən az sonra Çin və Rusiya Xarici İşlər nazirliklərinin rəhbərləri də bir sıra məsələlər, o cümlədən Qazaxıstandakı vəziyyətlə bağlı telefon danışıqları aparıblar. Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin Pekinə səfərinə hazırlığı müzakirə etdikdən sonra Vanq İy-ə ABŞ-la strateji sabitliyə dair Cenevrə danışıqlarının gedişi barədə məlumat verib. Qazaxıstanda baş verən hadisələrə gəlincə, hər iki nazir prezident Tokayevin hərəkətlərini “vaxtında və təhlükənin miqyasına uyğun” atılmış addım kimi dəstəkləyib. Avrasiyada, o cümlədən Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xüsusi rolunun olduğu vurğulanıb.

Beləliklə, Qazaxıstan hadisələrində  yalnız KTMT-nin deyil, həm də ŞƏT-in işi sınaqdan çıxdı. Rusiya-Çin tərəfdaşlığı özünün yeni və həqiqətən də strateji səviyyəsinə çatdı. Avrasiyanın təhlükəsizliyi üçün iki ölkənin məsuliyyətinin qeyd edilməsi də dərin simvolik məna daşıyır: “Bizim qitəmizə yadların, xüsusən də sülhlə deyil, hegemon ambisiyalarla gələnlərin burada heç bir yeri yoxdur və əgər onlar bura gəlsələr, Moskva və Pekin həmişə ayıq-sayıq davranacaq” – mesajda belə deyilir.

Və sonda, istənilən adekvat ekspert başa düşür ki, Qazaxıstanın məhv edilməsinin ümumi məqsədi ABŞ-la danışıqlarda Rusiyanın mövqeyini əhəmiyyətli dərəcədə zəiflətmək olub. Açıq desək, bu, NATO-nun Şərqdə genişlənməməsi ilə bağlı Rusiyanın ultimatumuna Amerikanın cavabı idi. Bunu bir növ güc nümayişi də hesab etmək olar: “Biz, sizin arxanızdan hər şeyi edə bilərik” deyirlər. Və bu plan baş tutsaydı, Moskva öz təkliflərini İsveçrədə müzakirə etməkdə ciddi çətinliklərlə üzləşəcəkdi. Lakin Rusiyanın proseslərə sürətli və səmərəli reaksiyası Vaşinqtonun bütün səylərinə baxmayaraq, strateji danışıqlar təşəbbüsünü Moskvanın əlində saxladı.

Bununla belə mütəxəsislər hesab edirlər ki, qarşı tərəf yeni təxribatlara qərar verə bilər və bu heç də istisna olunmur. Amma “Yeni il” böhranlarını planlaşdıranlar, artıq nümunəyə çevrilən tendensiyaya əl atmazdan əvvəl üç deyil, otuz üç dəfə düşünməli olacaqlar.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*