Qazaxıstanda bu universitetin Azərbaycana marağı artıb – FOTOLARbackend

Qazaxıstanda bu universitetin Azərbaycana marağı artıb - FOTOLAR

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstanın Atırau Dövlət Universitetinin nümayəndələri Azərbaycanda olub. Azərbaycanın Qazaxıstandakı Səfirliyi və Atıraudakı “Novruz” Cəmiyyətinin dəstəyi və təşkilatçılığı ilə baş tutan səfərdə qonaqlar ölkəmizin bir sıra ali məktəblərində olub.

Səfərin məqsədi ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıq məsələlərini müzakirə etmək, xüsusən də tələbələr və müəllimlər üçün akademik mobillik və ikili diplom proqramlarının tətbiq edilməsi məsələləri barədə fikir mübadiləsi aparmaqdır.

Bu baxımdan X.Dosmuhamedov adına Atırau Dövlət Universitetinin (ADU) nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində ADA, BDU, Azərbaycan Dillər Universiteti, Azərbaycan Neft Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olublar.

ADU-nun Tərcümə işi və xarici dillər kafedrasının müdiri Ahmaral Xayirjanova və müavin Ahmaral Temirtassova ADPU-da keçirdiyi görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Xarici dillər mərkəzinin müdiri Ülviyyə Hacıyeva və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Könül Həsənova iştirak edib.

Görüşdə hər iki ölkənin təhsilə verdiyi dəyər, ali təhsil müəssisələrinin ölkələrimizin tanıdılmasında rolu və görülən işlər haqqında müzakirələr aparılıb. Həmçinin, universitetlər arasında mümkün əməkdaşlıqların qurulması imkanları, tələbə-müəllim mübadiləsi üçün atılan addımlar və universitetlərarası memorandumun imzalanması üçün hazırlıq işlərinin görülməsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonaqlar xoş münasibətə görə təşəkkür edib və birgə əməkdaşlığı dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, X.Dosmuhamedov adına Atırau Dövlət Universiteti Qazaxıstanın ali təhsil müəssisələri arasında ölkəmizə ən xoş münasibət bəsləməsi ilə seçilir. Artıq 10 ildir ki, universitetin ən savadlı tələbələrinə Heydər Əliyev adına təqaüd verilir. 2013-cü ildən etibarən sözügedən ali təhsil müəssisəsində Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırılması Mərkəzi fəaliyyət göstərir. Həmin qurumun xətti ilə universitetdə mütəmadi olaraq Azərbaycanla bağlı tədbirlər keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*