Qazaxıstanın cənubunda iğtişaşlar zamanı 200-ə yaxın insan xəsarət alıbbackend

Qazaxıstanın cənubunda iğtişaşlar zamanı 200-ə yaxın insan xəsarət alıb

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Son məlumatlara görə, Qazaxıstanın Jambil vilayətində iğtişaşlar zamanı 185 nəfər xəsarət alıb.

KONKRET.az -ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə məlumatı vilayətin rəhbəri Berdibəy Saparbayev yayıb.

Regional qərargahın məlumatına görə, 34 zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Saparbayev qeyd edib ki, 39 yaşayış evi, 20 kommersiya obyekti və 47 avtomobil yanıb.

O, həmçinin bildirib ki, zərər çəkmiş 778 ailəyə ərzaq məhsulları və ən zəruri mallar şəklində humanitar yardım göstərilib. Vətəndaşların itirilmiş sənədlərinin bərpası üçün isə əhaliyə mobil xidmət mərkəzi yaradılmışdır.

Fevralın 8-nə keçən gecə Jambıl vilayətinin Kordayi rayonunda iğtişaşlar baş qaldırıb. Nəticədə 11 nəfər həlak olub. Respublika Prezidenti Qasım-Cəmərd Tokayev qan tökülməsinin təxribatçıların təqsiri üzündən baş verdiyini bildirib. Faktla bağlı “kütləvi iğtişaşların təşkili və iştirakı” və “qəsdən adam öldürmə” maddələri ilə cinayət işi başlanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*