Martın 11-dən 19-dək Qazaxıstanın Karaqanda vilayətində komanda-qərargah təlimi keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər zamanı qüvvələr və hərbi texnka Karaqanda, Almatı və Jetısu vilayətlərindən keçməli olacaq.
“Döyüş hazırlığı tapşırıqlarını yerinə yetirmək üçün bölmələr kombinə edilmiş üsulla: dəmir yolu, hava və avtomobil nəqliyyatı ilə poliqonlara gedəcək. Bundan sonra daimi dislokasiya məntəqələrinə qayıdacaqlar”, – məlumatda deyilir.
Müdafiə Nazirliyi əlavə edib ki, bölgədə keçirilən təlimlərlə əlaqədar bəzi məhdudlaşdırıcı tədbirlər tətbiq oluna bilər.
Müdafiə Nazirliyi hərbi texnikaların hərəkəti ilə bağlı saxta məlumat və videoların yayılmamasını xahiş edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az