Qazini maşın vurdu: vəziyyəti ağırdırbackend

Qazini maşın vurdu: vəziyyəti ağırdır

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qazi Rəşad Poladov özəl tibb müəssisəsinə köçürülüb.

KONKRET.az bildirir ki, Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, 17.05.2025-ci il tarixində saat 14:10 radələrində yol qəzasında xəsarət alan 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs reanimasiya şöbəsinə yerləşdirilib.

Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 3:40 radələrində sözügedən şəxs Bakıya özəl tibb müəssisəsinə təxliyə olunub.

***

Sumqayıtda maşın qazini vurub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Rəşad Poladov hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*