Qəbələdə maşın qoyun sürüsünə girdibackend

Qəbələdə maşın qoyun sürüsünə girdi

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəs baş verib.

KONKRET.az Report-a istinadla xəbər verir ki, hadisə Qəbələ-Ağdaş yolunun 18-ci km-də, rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ – 2107 markalı avtomobilin sürücüsü Məhəmməd Mehdizadə Ağdaş rayonu istiqamətində hərəkətdə olarkən yola çıxmış qoyun sürüsünə çırpılıb. Daha sonra sürücü idarəetməni itirərək avtomobilini yol kənarına aşırıb.

Bundan başqa eyni istiqamətdə hərəkətdə olan, Qurbanov Aydının idarə etdiyi “Mersedes” markalı avtomobil də həmin qoyun sürüsünü vurub.

Nəticədə Qaradeyin kənd sakini Hüseynov Knyaza məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub. Faktlarla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*