Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü, polisə təslim oldubackend

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü, polisə təslim oldu

Qəbələ rayonunda qətl hadisəsi törədilib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Solquca kəndi ərazisində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*