Qədim Roma imperiyasına aid xarabalıqlar AŞKARLANDIbackend

Qədim Roma imperiyasına aid xarabalıqlar AŞKARLANDI

Tədqiqatçılar Yunanıstan paytaxtının mərkəzində qədim Roma imperiyası dövrünə aid kompleksin izlərini aşkar edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Naftemporiki” qəzeti məlumat yayıb.

Kompleks Teatr Meydanının cənub hissəsində aparılan qazıntı işləri zamanı aşkar edilib.

Söhbət 1 metrlik dərinlikdə yerləşən bir neçə tikilidən gedir. Arxeoloqların diqqətini yaxşı qorunmuş mərmər fraqmentlər, həndəsi və nəbati motivli parça mozaika cəlb edib.

Qeyd olunub ki, 2023-cü ilin iyununda Afina Aqorasının (qədim şəhər mərkəzi) ərazisində növbəti qazıntılara başlanılacaq. Arxeoloqlar məşhur ictimai binaların və Leokorion məbədinin yerləşdiyi ərazini kəşf etməyi planlaşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*