Qələbə Paradı iyunun 24-də Moskvada keçiriləcəkbackend

Qələbə Paradı iyunun 24-də Moskvada keçiriləcək

İyunun 24-də Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş parad keçiriləcək. “Ölməz alay”ın yürüşünün 26 iyulda keçirilməsi planlaşdırılır.

KONKRET.az xəbər verir ki, bunu bu gün Rusiya Prezidenti Vladimir Putin açıqlayıb.

“Biz bunu Moskva yaxınlığında vuruşan, Leninqradı müdafiə edən, Stalinqrad yaxınlığında döyüşən, Avropanı azad edən, Berlinə hücum edən qaliblərin 1945-ci ildə Qırmızı Meydanda əfsanəvi tarixi paradının keçirildiyi gün edəcəyik” deyib Putin.

Koronavirus pandemiyası səbəbindən 9 May Qələbə günündə Zəfər Paradı və “Ölməz Alay”ın yürüşü baş tutmayıb və daha sonrakı tarixə təxirə salınıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*